İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Litani çayının şimalında yerləşən Cəzziin və Nabatiyə şəhərləri ətrafındakı dağlıq ərazilərə zərbələri bərpa edib.
APA xəbər verir ki, “Janoubia” portalının məlumatına görə, hücumlar “Hizbullah”a məxsus yeraltı sığınacaqlara, komanda məntəqələrinə və silah anbarlarına yönəlib.
İsrail artilleriyası həmçinin bir sıra yaşayış məntəqələrini atəşə tutub, yaşayış evləri və digər tikililər dağılıb, lakin xəsarət alan olmayıb.