İstanbulda yağan güclü yağış son 76 ilin yağıntı rekordunun qeydə alınmasına səbəb olub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat yayıb.
O bildirib ki, İstanbulun Beykoz rayonunda 1 kvadratmetrə 240 kq, Eyüpsultanda 186 kq, Sarıyerdə 178 kq, Maslakda 163 kq, Şişlidə 130 kq, Böyükçəkməcədə 120 kq, Üsküdarda isə 95 kq yağıntı düşüb.
Məlumata görə, hadisələr nəticəsində 2 722 nəfər xilas edilib, 2 nəfər həlak olub, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.
Güclü yağışla əlaqədar məktəblərdə və bəzi iş yerlərində tətil daha bir gün uzadılıb.