Bank Of Baku

Bavariyanın iqtisadiyyat naziri Berlində oteldə ölü tapılıb

Bavariyanın iqtisadiyyat naziri Berlində oteldə ölü tapılıb
# 05 noyabr 2026 02:08 (UTC +04:00)

Almaniya Azad Seçicilər (FW) Partiyasının lideri və Bavariyanın İqtisadiyyat naziri Hubert Ayvanger Berlində otellərdən birində ölü tapılıb.

“Bild” nəşri bu barədə Bavariya hökumətindəki və Berlin polisindəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, çərşənbə günü Berlində “Azad Seçicilər” Partiyasının nümayəndəliyinin açılışı keçirilib. Lakin 55 yaşlı Ayvanger səhhətində yaranan narahatlıq səbəbilə tədbirdə iştirak etməyib və şəhərin mərkəzində yerləşən “Neuer Fritz” otelində qalıb.

Qeyd edək ki, “Azad Seçicilər” Partiyası Xristian-Sosial İttifaqı ilə birlikdə Bavariyanın koalisiya hökumətini formalaşdırır. Ayvanger həmçinin Bavariyanın Baş naziri Markus Zöderin müavini vəzifəsini tuturdu.

Onun ölüm səbəbi hələlik məlum deyil.

“Bild”in məlumatına görə, siyasətçinin ailəsinə hadisə barədə məlumat verilib. Ayvanger rəsmi nikahda olmasa da, siyasətçi Tanya Şvaygerlə birlikdə yaşayırdı. Onların iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR