Leonid Kravçuk: “Etiraf edirəm ki, Ukraynaya lazım olanı verə bilmədim”

Leonid Kravçuk: “Etiraf edirəm ki, Ukraynaya lazım olanı verə bilmədim”
# 29 aprel 2015 07:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu III Bakı Qlobal Forumunun növbəti panelində çıxış edən Ukraynanın ilk prezidenti, MDB-nin yaradıcılarından olan Leonid Kravçuk bildirib.

Müqavilənin postsovet ölkələrinin taleyini həll edəcəyinə ümid etdiklərini deyən L. Kravçuk bunun bazası olmadığı üçün inkişaf etmədiyini söyləyib: “Çox təəssüf ki, biz o müqavilənin şərtlərinə uyğun keçidi təşkil edə bilmədik. Baltikyanı ölkələr, Azərbaycan və digərləri bu keçidi keçə bildilər, amma biz yox. Şəxsən mən etiraf edirəm ki, lazım olanı Ukraynaya verə bilmədim. Uzun illərdir ki, bu ölkə qeyri-rəsmi şəkildə Qərb və Şərq hissələrə bölünüb. Bir xalq iki düşüncədə yaşayır. Biz bunu aradan qaldıra bilmədik. Ona görə yox ki, biz bacarıqsız olduq. Xeyr. Çünki bizim ölkənin məhkum olduğu şərtlər var və o, bu gün də mövcuddur. Biz daim Rusiyanın təsiri altında olmuşuq. İndi də Rusiya imkan vermir ki, yeni hakimiyyət tutduğu kursu axıra kimi davam etdirsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR