Binaların damında ildırımdan müdafiə elementləri yerləşdirilməsi tələbi qoyulub

Binaların damında ildırımdan müdafiə elementləri yerləşdirilməsi tələbi qoyulub
# 30 aprel 2015 13:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda binaların damında ildırımdan müdafiə elementləri yerləşdirilməlidir”.

APA-nın məlumatına görə, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Dam örtükləri: Layihələndirmə normaları” normativ hüquqi aktında əksini tapıb.

Bu normalar bitumlu, bitum-polimer, elastomer və termoplastik rulon materiallarından, aralıq qatla möhkəmləndirilmiş mastikadan, xrizotilsement, sementlifli və bitumlu dalğalı vərəqələrdən, sement-qumlu, keramikalı, polimersementli və bitumlu kirəmitdən, xrizotilsement, kompozit, sementlifli və şistli tavalardan, sinklənmiş polad vərəqədən, misdən, sink-titandan, alüminiumdan, profilli metal vərəqədən, metal kirəmitdən, həmçinin novlu dəmir-beton panellərdən olan müxtəlif təyinatlı və Azərbaycanın bütün iqlim zonalarında tətbiq olunan dam örtüklərinin layihələndirilməsinə şamil olunur.

Damın yükdaşıyan konstruksiyaları (fermalar, çatqı, şəbəkə və s.) ağac, polad və ya dəmir-betondan nəzərdə tutulur. Konstruksiyaların istilik-texnikası xüsusiyyətlərinin yüksəldilməsi məqsədi ilə nazikdivarlı yüngül polad konstruksiyalar (LSTK) tətbiq olunaraq isidilən damlarda çatqını termoprofillərdən nəzərdə tutulmalıdır.

Daha sonra bildirilib ki, kKafe, idman meydançaları, solyarium, avtodayanacaq üçün ayrılmış istismar olunan inversiyalı dam örtüklərindəki qoruyucu lay sement-qum məhlulu və ya monolit dəmir-betondan, yaxud sement-qum məhlulu üzrə və ya xüsusi altlıqlar üzərinə oturdulmuş, yaxud geotekstil üzərinə döşənmiş beton tavalardan olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR