Leonid Kuçma: “Minsk formatı çərçivəsində danışıqların növbəti mərhələsi gələn həftə keçirilə bilər”

Leonid Kuçma: “Minsk formatı çərçivəsində danışıqların növbəti mərhələsi gələn həftə keçirilə bilər”
# 03 dekabr 2014 16:02 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Ukrayna böhranının həlli ilə bağlı Minsk formatı danışıqlarının növbəti mərhələsi gələn həftə keçirilə bilər”.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu “Təmas qrupu” nda rəsmi Kiyevi təmsil edən Ukraynanın sabiq prezidenti Leonid Kuçma deyib.

Xatırladaq ki, 2014-cü ilin sentyabrın 20-də Minsk şəhərində “Təmas qrupu”nda təmsil olunan tərəflər (ATƏT, Ukrayna, Rusiya, habelə tanınmamış Luqansk və Donetsk xalq respublikaları”) arasında Ukraynanın şərqində atəşkəsin elan olunmasına dair 9 bəndlik memorandum imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR