Almaniyanın xarici işlər naziri: “İranla problemin həllinə heç vaxt belə yaxın olmamışıq”

Almaniyanın xarici işlər naziri: “İranla problemin həllinə heç vaxt belə yaxın olmamışıq”
# 26 sentyabr 2014 11:05 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. “Biz heç vaxt razılaşmanın əldə olunmasına bu qədər yaxın olmamışıq”. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bunu Nyu-Yorkda keçirilən BMT Baş Assambleyası çərçivəsində İran prezidenti Həsən Ruhani ilə görüşən Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.

Almaniyalı nazir “altılıq” arasında İranın nüvə proqramı ilə bağlı uzun müddətdir ki, davam edən müzakirələrdə böyük irəliləyişin olduğunu bildirib: “Bu problemin həlli ilə bağlı razılaşmaya heç vaxt belə yaxın olmamışıq. Lakin bir həqiqət var ki, danışıqların son mərhələsində yəqin müəyyən çətinliklərlə üzləşəcəyik. İndi artıq bu konfliktin sona çatmasının vaxtıdır. Ümid edirəm ki, İran dünyadakı və o cümlədən Yaxın Şərqdəki son vəziyyəti görür və hiss edir ki, belə bir zamanda bu problemin həlli ilə bağlı müzakirədən yayınmaq yanlışlıq olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR