“Sehrli xalat” filminin 50 illiyi qeyd olunacaq

“Sehrli xalat” filminin 50 illiyi qeyd olunacaq
# 10 noyabr 2014 11:07 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Noyabrın 12-də Nizami Kino Mərkəzində “Sehrli xalat” filminin 50 illiyi qeyd olunacaq.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, yubiley tədbirində filmin rejissoru Əlisəttar Atakişiyev, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç, Hüseynağa Sadıxov kimi sənətkarlar yad ediləcək, çəkilişlərlə bağlı maraqlı hadisələrdən söz açılacaq.

Filmdə Rəşid rolunda çəkilmiş, hazırda ABŞ-da yaşayan Azər Qurbanov, “Sehrli xalat”la bağlı tədqiqat işinin müəllifi, moskvalı kinoşünas Andrey Vyatkin və başqaları yubiley tədbirində iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR