“Dəmirbank” aktivlərini 12% artırıb

“Dəmirbank” aktivlərini 12% artırıb
# 21 noyabr 2014 09:50 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin III rübündə “Dəmirbank”ın aktivlərinin həcmi 423,424 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 12,02% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,34% artaraq 319,521 mln. manat olub. O cümlədən, istehlak kreditlərinin həcmi 174,337 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin oktyabr ayının 1-nə olan göstəriciyə nisbətən 14,84% çoxdur.

Bankın ipoteka kreditlərinin həcmi oktyabr 1-nə 50,287 mln. manat olub ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 20,76% çoxdur və kreditlərin 34,809 mln. (69,22%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür. Bununla yanaşı, bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə təxminən 32,48% artaraq 16,726 mln. manat olub.

Bankın depozit portfeli 2014-cü ilin III rübü ərzində 11,92% artaraq 194,561 mln. manata çatıb. Hesabat dövründə əhalinin əmanətlərinin həcmi isə 177,217 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 13% çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 5,65% artaraq 61,077 mln. manata çatdığı halda, nizamnamə kapitalı dəyişməyərək 21 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 42,62% artaraq 63,897 mln. manat, xərcləri isə 46,32% artaraq 60,435 mln. manat təşkil edib.

Bu ilin 9 ayı ərzində bankın əldə etdiyi mənfəət 2 mln. 626,64 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 33 filialı, 57 bankomatı, 1 071 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR