Azərbaycan ilin əvvəlindən məhsul ixracının həcmini 6% azaldıb

Azərbaycan ilin əvvəlindən məhsul ixracının həcmini 6% azaldıb
# 16 dekabr 2014 12:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 20 713 460,68 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin 11 ayı ilə müqayisədə 5,82% azdır.

Bu müddət ərzində ölkəmizdən 17 578 851,11 min dollar dəyərində xam neft ixrac olunub. Bu, ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,43% azdır və Azərbaycandan ixrac olunan ümumi məhsulların 84,87%-ni təşkil edir.

Bu müddət ərzində ölkədən ixrac olunan ümumi məhsulların 6,11%-ni təşkil edən neft məhsulların həcmi artıb. Belə ki, bu ilin 11 ayı ərzində 15,37% çox və ya 1 266 533,18 min dollar dəyərində neft məhsulları ixrac edilib.

Bu müddət ərzində ümumi ixrac həcminin 1,24%-ni təşkil edən təbii qazın ixracında kəskin eniş var. Belə ki, bu ilin 11 ayı ərzində Azərbaycandan təbii qazın ixracı 60,37% azalaraq 257 063,68 min dollar dəyərində olub.

Həmçinin, ölkəmizdən meyvə-tərəvəzin ixracı artaraq 17,85% artaraq 268 131,83 min dollar olub. Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan plastmas və onlardan hazırlanan məmulatların həcmi 33,84% artaraq 143 974,90 min dollar təşkil edib. Kimya sənayesi məhsullarının ixracı 24,19% artaraq 64 215,30 min dollar olub. Alüminium və ondan hazırlanan məmulatların həcmi isə 1,20% artaraq 76 823,67 min dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR