Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycan və Ermənistan üzrə alt-qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTO

Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycan və Ermənistan üzrə alt-qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib - <span style="color: red;">FOTO
# 12 aprel 2013 09:16 (UTC +04:00)

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlığın vəziyyətindən məmnunluq ifadə edilib və təşkilatın gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı nazir Elmar Məmmədyarov nümayəndə heyətinin Azərbaycan-Avropa Şurası əməkdaşlığının müxtəlif aspektlərini əhatə edən bir sıra suallarını cavablandırıb. Bu çərçivədə, Elmar Məmmədyarov Azərbaycanda demokratikləşmə prosesinin davam etdiyini və ölkədə geniş islahatların aparıldığını vurğulayıb. Həmçinin nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığını genişləndirmək əzmində olduğunu və AŞ çərçivəsindəki öhdəliklərinə sadiqliyini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlardan bəhs edən nazir Elmar Məmmədyarov Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olunmasına əsas əngəl olduğunu vurğulamış və münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayıb.

Görüş zamanı həmçinin regionda gedən proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR