Bakı Musiqi Akademiyası və Norveçin Edvard Qriq Akademiyasının birgə orkestri yaradılıb

Bakı Musiqi Akademiyası və Norveçin Edvard Qriq Akademiyasının birgə orkestri yaradılıb
# 21 aprel 2015 13:01 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Norveçin Bergen Universiteti Edvard Qriq Akademiyasının birgə “Avroasiya Kamera Orkestri” layihəsi çərçivəsində hər iki akademiyanın gənc ifaçılarından ibarət kamera orkestri yaradılıb.

Akademiyadan APA-ya verilən məlumata görə, bu il 12-18 aprel tarixlərində BMA-nın “Simli alətlər” ixtisası üzrə 18 tələbəsi Bergen şəhərinə səfər edib. Səfər çərçivəsində onlar Qriq Akademiyasının “Nəfəs alətləri” ixtisası üzrə 11 tələbəsi ilə birgə Stravinski, Qara Qarayev, BMA-nın "Bəstəkarlıq" ixtisası üzrə tələbəsi Vüsal Namazlı ("Fəryad"), Harald Saverud və Qriq Akademiyanın "Bəstəkarlıq" ixtisası üzrə tələbəsi Kari Telsdat Sundetin ("Learning to Waltz") əsərlərindən ibarət konsert veriblər.

Hazırda Edvard Qriq Akademiyasının nümayəndə heyəti Bakıda səfərdədir. Aprelin 23-də BMA-nın böyük zalında iki akademiyanın gənc ifaçılarının birgə konserti keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR