Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var

Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var
# 23 avqust 2014 09:53 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə Ağsu - Kürdəmir yolunda qeydə alınıb. Kürdəmir rayonunun Atakişili kənd sakini - 1978-ci il təvəllüdlü Əzimov Ruslan Səlim oğlu 06 BD 546 dövlət nömrə nişanlı, “VAZ – 2106” markalı minik maşınının idarəetməsini itirib və maşın yoldan çıxaraq aşıb. Nəticədə R. Əzimov müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR