Azərbaycan Frankfurt Kitab Sərgisində iştirak edəcək

Azərbaycan Frankfurt Kitab Sərgisində iştirak edəcək
# 03 oktyabr 2014 19:04 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, sərgi oktyabrın 8-dən 12-dək keçiriləcək.

Hər il təşkil olunan sərgiyə təqribən 250 000 ziyarətçi və bir çox ölkələrdən iştirakçılar gəlir. İndiyə kimi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan bir neçə dəfə təmsil olunub. Nazirlikdən bildiriblər ki, Frankfurt Kitab Sərgisi beynəlxalq sərgilər sırasında özünün nüfuzu, iştirakçı və ziyarətçilərin sayının çoxluğu, dünyanın müxtəlif kitab mədəniyyətlərinin təmsil olunması baxımından əlamətdardır.

Builki sərgi çərçivəsində 220 illik yubileyi qeyd edilən şair Mirzə Şəfi Vazehlə bağlı tədbirin keçirilməsi, Azərbaycan həqiqətlərini dünyaya çatdıran kitab və digər nəşr məhsullarının, habelə turizm materiallarının nümayişinin təşkili və 2015-ci ildə keçiriləcək İlk Avropa Oyunlarının geniş təbliğatı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR