Azərbaycan manatına nisbətən ABŞ dolları ucuzlaşıb, avro isə möhkəmlənib

Azərbaycan manatına nisbətən ABŞ dolları ucuzlaşıb, avro isə möhkəmlənib
# 26 fevral 2015 06:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manatla nisbətdə rəsmi məzənnəsi cüzi dəyərdən düşüb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) fevralın 26-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0501 manat səviyyəsində müəyyən edilib. Ötən gün isə 1 dollar 1,0502 manat olub. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 dollar 1,0500 manat idi.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0028 manat və ya 0,23% bahalaşaraq 1,1942 manat olub. Qeyd edək ki, ötən gün isə 1 avro 1,1914 manat idi. Xatırladaq ki, fevralın 21-dən 24-dək 1 avro 1,1950 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR