Cəzaçəkmə müəssisələrinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisələrinə qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb
# 07 iyul 2014 09:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində cəzaçəkmə müəssisələrinə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ramil Xanputa oğlu Nağıyevin yanına qısamüddətli görüşə gəlmiş qohumu Çimnaz Fətulla qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman, əl çantasının iç cibində gizlətdiyi 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.2; 126.2.4; 221.2.1; 221.2.2; 221.3; 66.3 və 67.1 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Arif Aydın oğlu Əliyevin yanına qısamüddətli görüşə gəlmiş tanışı, vətəndaş Zeynəb Arzuman qızı Nağıyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman alt paltarında gizlətdiyi, ağ sellofana bükülmüş xalis çəkisi 4,590 qram olan narkotik vasitə tiryək və xalis çəkisi 3,038 qram olan narkotik vasitə marixuana aşkar edilərək götürülüb.

Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR