Türkiyə Jandarma Qüvvələrinin baş komandanının Azərbaycana səfəri başlayıb

Türkiyə Jandarma Qüvvələrinin baş komandanının Azərbaycana səfəri başlayıb
# 11 noyabr 2014 15:45 (UTC +04:00)

APA-nın məlumatına görə, nümayəndə heyəti bu gün Bakıya gəlib.

Noyabrın 14-dək davam edəcək səfər çərçivəsində general A. Atayın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda sabiq prezident Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edəcək. Daha sonra Jandarma Komandanının Azərbaycanda bir sıra rəsmi görüşləri planlaşdırılır.

Qeyd edək ki, ordu generalı A. Atay bu ilin avqust ayında Jandarma Qüvvələrinin baş komandanı vəzifəsinə təyin olunub. Bu, A. Altayın Jandarma Baş Komandanı vəzifəsində Azərbaycana ilk səfəridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR