Misirdə “quş qripi”ndən ölənlərin sayı 7 nəfərə çatıb

Misirdə “quş qripi”ndən ölənlərin sayı 7 nəfərə çatıb
# 04 dekabr 2014 00:34 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Misirin səhiyyə nazirliyindən bildirilib.

26 yaşlı kişi Minya əyalətində virusa yoluxaraq vəfat edib. Beləliklə, ölkədə “quş qripi”ndən ölənlərin sayı 7 nəfərə çatıb. Ötən həftə ölkədə 3 nəfər H5N1 virusunun qurbanı olub. Belə ki, Minya əyalətində 40 yaşlı kişi və 29 yaşlı qadın, Beni-Suef şəhərində isə 25 yaşlı qadın “quş qripi”ndən ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR