FHN Xəzər dənizində balıqçının batması barədə məlumat yayıb

FHN Xəzər dənizində balıqçının batması barədə məlumat yayıb
# 11 aprel 2013 10:01 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 11 aprel 2013-cü il tarixinə keçən gecə 2 nəfər Masallı rayonu, Qızılağac kəndi ərazisindən qayıqla dənizə çıxıb, lakin hava küləkli olduğundan qayıq çevrilib. Qayıqda olan 1979-cu il təvəllüdlü Niyaməddin Mirzəxan oğlu Ağayev üzərək sahilə çıxıb, 1981-ci il təvəllüdlü Elsevər Mehman oğlu Allahverdiyev itkin düşüb. Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən E. Allahverdiyevin axtarışları aparılır. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR