XİN: Ştaynmayerin Saakyanla görüşü Dağlıq Qarabağın erməni icması ilə görüş xarakteri daşıyır

XİN: Ştaynmayerin Saakyanla görüşü Dağlıq Qarabağın erməni icması ilə görüş xarakteri daşıyır
# 30 iyun 2016 10:01 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerin Ermənistanda Bako Saakyanla görüşünü şərh edib.

H. Hacıyev APA-ya bildirib ki, Ştaynmayerin Bako Saakyanla görüşü Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə görüş xarakteri daşıyır.

Azərbaycana səfər müddətində Ştaynmayer Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının nümayəndələri ilə də görüşəcək, həmçinin, məcburi köçkünlər üçün tikilmiş yaşayış məntəqəsi ilə tanış olacaq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR