Qərib Məmmədov: “Gürcüstandan dəvət gözləyirik”

Qərib Məmmədov: “Gürcüstandan dəvət gözləyirik”
# 10 dekabr 2014 12:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Gürcüstanla sərhədlərin delimitasiyası və demarkasiya məsələləri ilə bağlı müvafiq işlər aparılıb”. APA-nın xəbərinə görə, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov deyib.

Azərbaycan və Gürcüstan arasındakı dövlət sərhəd xəttinin 490 km olduğunu xatırladan Q. Məmmədov bunun təxminən 300 km-lik sahəsinin razılaşdırıldığını söyləyib. O, hazırda qalan sahənin razılaşdırılması üçün işçi qrupları səviyyəsində iş aparıldığını bildirib: “Diplomatik kanallarla Gürcüstanın bizi dəvət etməsini gözləyirik. Yalnız bundan sonra Gürcüstanda gedib, bu məsələni müzakirə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR