Azərbaycanda “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda beynəlxalq konfransı keçirilir - FOTOSESSİYA

Azərbaycanda “MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar” mövzusunda beynəlxalq konfransı keçirilir - <span style="color: red;">FOTOSESSİYA
# 16 aprel 2013 07:03 (UTC +04:00)

APA-nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və MDB Müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin sədrliyi ilə keçən konfransda Beynəlxalq İslam Missiyasının prezidenti Şafiq Pşixaçev, Tacikistanın, Ukraynanın, Qırğızıstanın, Serbiyanın, Moldovanın, Belarusun, Baltikyanı ölkələrin, Çeçenistanın, Dağıstanın, Adıgeyin, Başqırdıstanın, Tatarıstanın müsəlman liderləri iştirak edirlər.

Konfransa Rusiya Pravoslav Kilsəsinin, Rusiya Baş Ravvinin nümayəndələri, Vatikanın Cənubi Qafqaz üzrə nümayəndəsi Marek Solczynski, Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, deputatlar, dini icma liderləri də qatılıblar.

Tədbirdən əvvəl konfrans iştirakçıları Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Konfrans Qurani Kərimdən ayələrin oxunması ilə açılıb.

Tədbir sabah da işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR