Azərbaycan ərazisində dünən iqlim normasından aşağı temperatur qeydə alınıb

Azərbaycan ərazisində dünən iqlim normasından aşağı temperatur qeydə alınıb
# 24 noyabr 2014 08:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda müşahidə olunan yağıntılı hava şəraiti noyabrın 26-dək davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, bu, ilkin proqnozdur və yaxın saatlarda daha ətraflı məlumat veriləcək.

Onun sözlərinə görə, dünən ölkə ərazisində iqlim normasından aşağı temperatur qeydə alınıb. Belə ki, noyabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 1 dərəcə aşağı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR