Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Rizvan İsmayılov və Miralim Həbiblinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin hər biri 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, onlar Gürcüstan vətəndaşı Hüseyn Vəliyevə qarşı hədə-qorxu gəlib pulunu almaqda təqsirli biliniblər.