Elçin Quliyev Xudat şəhərində şimal rayonlarından olan vətəndaşları qəbul edəcək

Elçin Quliyev  Xudat şəhərində şimal rayonlarından olan vətəndaşları qəbul edəcək
# 09 iyul 2014 11:30 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev iyul ayının 24-də Xudat şəhərində şimal rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə APA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Xudat Sərhəd Dəstəsində keçiriləcək qəbulda Quba, Qusar, Xaçmaz, Şabran rayon sakinləri iştirak edə bilərlər.

Qəbulda iştirak etmək istəyənlər qeydiyyat üçün 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlamalı və ya Xudat şəhərində yerləşən Xudat Sərhəd Dəstəsinə müraciət etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR