Gürcüstanda ana öz qızının pornoqrafik fotolarını çəkdirərək satıb - FOTO

Gürcüstanda ana öz qızının pornoqrafik fotolarını çəkdirərək satıb - <span style="color: red;">FOTO
# 11 aprel 2013 11:54 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan Daxili İşlər Nazirliyində ABŞ səfirliyinin nümayəndəsinin iştirakı ilə təcili brifinq keçirilib. Brifinqdə Gürcüstan vətəndaşı olan 45 yaşlı qadının hazırda 11 yaşı olan qızının pornoqrafik fotolarını çəkdirərək İsrail vətəndaşına satdığı və həmin fotoların internetdə yayıldığı barədə məlumat verilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, brifinqdə çıxış edən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Nino Giorqobiani əslən gürcü olan 50 yaşlı İsrail vətəndaşının dəfələrlə Gürcüstana gələrək qızın anasına pul verərək uşağın pornoqrafik şəkillərini çəkdiyini və internetdə satdığını bildirib. O, Gürcüstan, ABŞ, İsrail və Avstraliya hüquq-mühafizə orqanlarının və İnterpolun birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində ana və israillinin saxlanıldığını açıqlayıb. Ananı 8 ildən 12 ilədək cəza gözləyir. Onun qızı isə Tiflisdəki insan alveri qurbanları mərkəzinin himayəsinə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR