MSK: Azərbaycanda bütün məntəqə seçki komissiyalarında seçici siyahıları yerləşdirilib

MSK: Azərbaycanda bütün məntəqə seçki komissiyalarında seçici siyahıları yerləşdirilib
# 28 sentyabr 2015 13:14 (UTC +04:00)

Mərkəzi Seçki Komissiyasının (MSK) media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumatı görə, Seçki Məcəlləsinə əsasən məntəqə seçki komissiyası seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını seçicilərə bu barədə məlumat verməklə səsvermə gününə azı 35 gün qalmış təqdim etməli və bunun üçün müvafiq şərait yaratmalıdır.

Seçici siyahıları səsvermə otağından kənarda, seçicilərin yaxşı görə biləcəyi və gediş-gəliş üçün asan olan yerlərdə məlumat lövhələrində yerləşdirilməlidir. Milli Məclisə seçkilərlə əlaqədar məntəqə seçki komissiyaları sentyabrın 27-dək seçicilərin tanış olması və əlavə dəqiqləşdirmələr aparılması üçün seçici siyahılarını təqdim etməli idi. MSK tərəfindən müəyyən edilən qaydada təsdiq edildikdən sonra seçici siyahıları MSK-nın internet saytında yerləşdirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR