Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib - VİDEO

Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşları qəbul edib - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2014 09:36 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli - APA. Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Şəmkirdə vətəndaşları qəbul edib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə qəbulda Şəmkir və ətraf rayonlardan olan 14 vətəndaş dinlənilib.

Müraciətlər əsasən işə qəbul, eyni zamanda gömrük, vergi və sərhəddən keçid məsələləri ilə bağlı olub.

Şikayətlərin bir qismi yerindəcə həll edilib, bəziləri isə komitədə araşdırılmaq üçün qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR