Türkiyənin tanınmış mütəxəssisi “APA Holdinq”də treninq keçib - FOTOSESSİYA

Türkiyənin tanınmış mütəxəssisi “APA Holdinq”də treninq keçib - <span style="color: red;">FOTOSESSİYA
# 28 aprel 2015 12:51 (UTC +04:00)

APA-nın məlumatına görə, Ş. Durmaz holdinqin İnformasiya Texnologiyaları (İT) Departamentinin əməkdaşlarına kiber təhlükəsizlik mövzusunda treninq keçib.

Treninqdə informasiya təhlükəsizliyi, kiber cinayətkarlıqla mübarizə və kiber hücumlardan qorunmanın yolları barədə mühazirə dinlənilib və fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Ş. Durmaz kiber təhlükəsizlik sahəsində regionun tanınmış mütəxəssislərindən biridir. Onun rəhbəri olduğu DİFOSE İnformasiya Kompüter Texnologiyaları Tədris Mərkəzi dünyanın bir çox ölkələri ilə əməkdaşlıq edir.

Xatırladaq ki, "APA Holdinq"in İT Departamenti şirkətə daxil olan saytların təhlükəsizliyi və proqram təminatı, eyni zamanda infoanalitika ilə məşğul olur. Departamentimizin əməkdaşları 2014-cü ildə "Hackathon Azərbaycan" müsabiqəsinin qalibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR