Bakıda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub - YENİLƏNİB - VİDEO - FOTOSESSİYA

Bakıda 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub  - <span style="color: red;">YENİLƏNİB   - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 25 sentyabr 2014 18:35 (UTC +04:00)

Bakı-APA. Axşam saatlarında Bakının Xətai rayonu ərazisində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Zığ şossesində, “SOCAR” yanacaq-doldurma məntəqəsinin yaxınlığında baş verib. Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan “Opel” markalı avtomobil idarəetməni itirərək "Qazel" markalı yük maşınına çırpılıb və əks yola çıxaraq VAZ 2107” markalı maşınla toqquşub.

Qəza nəticəsində “VAZ 2107” markalı avtomobilin sürücüsü, Suraxanı rayonu Hövsan qəsəbə sakini, taksi fəaliyyəti ilə məşğul olan 1988-ci il təvəllüdlü Nərimanov Şahin Nadir oğlu və sərnişin 1990-cı il təvvəlüdlü Bayramova Samirə Afiq qızı hadisə yerində ölüblər. Qəza nəticəsində xəsarət almış “Opel” markalı avtomobilin sürücüsü xəstəxanaya çatdırılıb.

Həlak olmuş şəxslər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəsədləri nəqliyyat vasitəsindən çıxarıb aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR