Əbülfəs Qarayev Goranboyda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Goranboyda vətəndaşları qəbul edəcək
# 24 avqust 2015 07:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 28-də Goranboy şəhərində Goranboy, Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Xocalı və Laçın rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların müvafiq şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR