Azərbaycanla CAR arasında diplomatik və xidməti pasport sahibləri üçün vizalar ləğv oluna bilər

Azərbaycanla CAR arasında diplomatik və xidməti pasport sahibləri üçün vizalar ləğv oluna bilər
# 10 aprel 2013 15:08 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxov aprelin 9-da Cənubi Afrika Respublikasının daxili işlər naziri (polis və penitensiar xidmətlər istisna olmaqla) xanım Qreys Naledi Mandisa Pandor (Grace Naledi Mandisa Pandor) ilə görüş keçirib. Səfirlikdən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan-CAR ikitərəfli əlaqələri, əməkdaşlıq sahələri, təcrübə mübadiləsi, müvafiq nazirliklər arasında əməkdaşlıq üçün hüquqi sənədlərin hazırlanması və imzalanması məsələləri müzakirə edilib.

E. Poluxov həmsöhbətinə diplomatik və xidməti pasport sahibləri üçün iki ölkə arasında gediş-gəlişi asanlaşdırmaq məqsədilə vizaların ləğvini təklif edib və cavab olaraq xanım Q. Pandor bunun çox müsbət hal olacağına inandığını və yaxın zamanda səfirliyə mövzu ilə əlaqədar məlumat verəcəyini bildirib.

Daha sonra səfir nazirə regionda baş verən siyasi proseslər və Dağlıq Qarabağ münaqişəsinə dair ətraflı məlumat verilib.

Görüşün sonunda E. Poluxov naziri Azərbaycan səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR