Bərdədə yaşayış evi yanıb

Bərdədə yaşayış evi yanıb
# 25 avqust 2014 10:34 (UTC +04:00)

Bərdə. Teymur Zahidoğlu - APA. Bərdənin Nazırlı kəndində vətəndaşa məxsus yaşayış evi yanıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün saat 11-12 radələrində qeydə alınıb.

Kənd sakini Həbibov Zabit Akif oğluna məxsus üçotaqlı ev tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin yanğınsöndürən maşınları və briqadası cəlb olunub. Alovun qarşısı alınsa da, yaşayış sahəsi 130 kv. m-dən çox olan ev əşyaları ilə birlikdə tamamilə yanaraq yararsız hala düşüb.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR