MDB Parlamentlərarası Assambleyası Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

MDB Parlamentlərarası Assambleyası Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək
# 17 avqust 2015 14:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. MDB Parlamentlərarası Assambleyası Azərbaycanda keçiriləcək parlament seçkilərinə hazırlığı və seçki prosesini izləyəcək. APA-nın məlumatına görə, bu barədə qurumun saytında məlumat verilib. Məlumatda, müşahidə missiyanın göndərilməsi tarixi göstərilməyib. Missiya MDB Parlament Assambleyası Demokratiyanın İnkişafı, Parlamentarizm Beynəlxalq İnstitutu tərəfindən həyata keçiriləcək.

Xatırladaq ki, Azərbaycan parlament seçkilərinin rəsmi tarixi açıqlanmayıb. Konstitusiya görə, Milli Məclisin hər çağırışının seçkiləri noyabr ayının birinci bazar günü keçirilir. 2015-ci ilin noyabrın ilk bazar günü ayın 1-nə təsadüf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR