Bakı. Şəhriyar Əlizadə - APA. Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə bu ilin 6 ayı ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin diqqət mərkəzində olub.
APA-nın məlumatına görə, bu fikirlər xidmətin 2014-cü ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirədə səsləndirilib.
Belə ki, 2014-cü ilin birinci yarım ili ərzində penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 181 mobil telefon, 517,9 qram çəkidə isə müxtəlif narkotik vasitələr aşkar edilərək dövriyyədən çıxarılıb.