“Bank Avrasiya” nizamnamə kapitalını artırır

“Bank Avrasiya” nizamnamə kapitalını artırır
# 29 sentyabr 2014 07:59 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bakı Fond Birjasında (BFB) "Bank Avrasiya" ASC-nin adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanılır.

Qiymətli Kağızlar üzrə Dövlət komitəsindən “APA-Economics”ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2 000 manat, sayı 20 000 ədəd, emissiyanın ümumi həcmi isə 40 mln. manat təşkil edir.

Səhmlər “Bank Avrasiya” ASC-nin hər birinin nominal dəyəri 1 500 manat olan 20 000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Konvertasiya başa çatdıqdan sonra, bankın nizamnamə kapitalı 33,33% artaraq 40 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR