Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib - VİDEO

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 19 noyabr 2014 20:22 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında yolun 178-ci kilometrliyində, Ağsunun Külüllü kəndi ərazisində qeydə alınıb.

Göyçay rayonunda məskunlaşan Laçın rayon sakini 1964-cü il təvəllüdlü Behbudov Mehman Kamil oğlu idarə etdiyi 10-NA-751 dövlət nömrə nişanlı “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı sürücü Mehman Behbudov və oğlunun həyat yoldaşı 1983-cü il təvəllüdlü Behbudova Xatirə Xəqani qızı ağır xəsarətlərlə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xatirə Behbudova aldığı ağır xəsarətlər səbəbindən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR