Azərbaycanda internet rabitəsi xidmətlərindən istifadə qaydaları ləğv edilib

Azərbaycanda internet rabitəsi xidmətlərindən istifadə qaydaları ləğv edilib
# 15 aprel 2015 07:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda “İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları” Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qərarı ilə ləğv edilib.

Məsələyə aydınlıq gətirən rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov APA-ya açıqlamasında deyib ki, 24 fevral 2000-ci ildə qəbul edilmiş “İnternet rabitəsi xidmətlərindən istifadə Qaydaları” günün tələblərinə cavab vermədiyi üçün ləğv olunub. M. Əmirov bildirib ki, hazırda Azərbaycanda internet tam azaddır, bu sahədə nəzarətə ehtiyac duyulmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR