Azərbaycanda gənclərlə bağlı yeni Dövlət Proqramı hazırlanacaq

Azərbaycanda gənclərlə bağlı yeni Dövlət Proqramı hazırlanacaq
# 10 dekabr 2014 08:22 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. "2016-2020-ci illər üçün gənclərlə bağlı yeni Dövlət Proqramının hazırlanmasına başlanacaq".


APA-nın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib.


Nazir müavini bildirib ki, gənclərlə bağlı olan 2011-2015-ci illəri əhatə edən müvafiq Dövlət Proqramının icra müddəti gələn il başa çatacaq: "Gələn il nazirlik tərəfindən gənclər üçün yeni dövlət proqramının hazırlanması ilə bağlı çağırışlar ediləcək. Həmçinin mesajlarımızı göndərəcəyik ki, hansı sahədə problemlər görürlərsə, bununla bağlı təkliflərini bizə versinlər".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR