Azərbaycan millisinin voleybolçusu dünya çempionatında I mərhələnin ən yaxşısı olub

Azərbaycan millisinin voleybolçusu dünya çempionatında I mərhələnin ən yaxşısı olub
# 29 sentyabr 2014 09:59 (UTC +04:00)

Bakı - APA. İtaliyada keçirilən qadın voleybolçular arasında dünya çempionatında I qrup mərhələsinin ən məhsuldar oyunçuları məlum olub.

Apasport.az saytının məlumatına görə, siyahıya Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova başçılıq edir.

İlk 5 oyunda 120 xal toplayan hücumçumuz rəqiblərini böyük fərqlə üstələyir. Belə ki, 2-ci olan yaponiyalı Saori Kimura 92, 3-cü olan çinli Tinq Ju 88 xal toplayıb.

Yığmamızın digər üzvlərindən üçü də ilk “100-lük”də yer alıb. Kseniya Kovalenko 45 xalla 56-cı, Odina Əliyeva 41 xalla 66-cı, Anastasiya Qurbanova 34 xalla 83-cü yerdə qərarlaşıb. Təmsilçilərimizdən Ayşən Əbdüləzimova 22 xalla 123-cü, Oksana Parxomenko 16 xalla 144-cü, Yekaterina Jidkova 15 xalla 149-cu, Yelena Parxomenko 3 xalla 227-ci, Yana Ağayeva 1 xalla 248-ci pillədədir.

Qeyd edək ki, ümumilikdə 258 voleybolçu xal qazana bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR