Biləsuvar sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb

Biləsuvar sahibkarlarından investisiya layihələrinin qəbuluna başlanıb
# 25 sentyabr 2014 08:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2014-cü il sentyabrın 18-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Biləsuvar rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;

- 50 başlıq südlük istiqamətli ailə fermer təsərrüfatlarının yaradılması;

- intensiv bağçılıq, tərəvəzçilik və üzümçülük təsərrüfatlarının yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün SKMF-ya müraciət etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR