Azərbaycanda milli domenlərin online qeydiyyatı üçün resurs hazırlanıb

Azərbaycanda milli domenlərin online qeydiyyatı üçün resurs hazırlanıb
# 30 aprel 2013 14:27 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Intrans» şirkəti (*.az domenlərinin milli inzibatçısı) *.az domenlərinin qeydiyyatının aparılacağı www.online.az resursunu təqdim edib.

«APA-Economics»in Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, internetdə qeydiyyatdan keçməyə imkan verəcək proqram təminatı «Intrans» şirkəti tərəfindən hazırlanıb.

İstifadəçilər yeni yaradılan sayt vasitəsilə domen (*.az, *.biz.az, *.com.az, *.edu.az, *.info.az, *.int.az, *.mil.az, *.name.az, *.net.az və *.org.az) sifariş edə və bunun üçün ödəniş həyata keçirə bilərlər.

«Online» qeydiyyat sisteminin hazırlanması tamamlanma mərhələsindədir və yaxın vaxtlarda işə salınacaq.

Sistemin istismarı bazara müsbət təsir göstərəcək, ölkə regionlarında yaşayanlar üçün rahatlıq yaradacaq, eləcə də internetin Azərbaycan seqmentinin daha da inkişaf etdirilməsinə xidmət edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR