Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib - FOTOSESSİYA

 Prokurorluq işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilib  - <span style="color: red;">FOTOSESSİYA
# 01 oktyabr 2015 14:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 97-ci ildönümünü və peşə bayramını qeyd edib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Sonra Baş Prokurorluqda "1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və milli prokurorluğun yaradılmasının 97-ci ildönümünə həsr olunmuş mərasim keçirilib. Baş prokuror Zakir Qaralov peşə bayramı münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları təbrik edib.

Bildirilib ki, prezident İlham Əliyevin sentyabrın 30-da imzaladığı sərəncamları ilə prokurorluq orqanlarının bir qrup əməkdaşı yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülüb. Prokurorluq işçilərindən 25 nəfəri «İgidliyə görə» və «Dövlət qulluğunda fərqlənməyə görə» medalları ilə təltif edilib, 4 nəfərinə isə «III dərəcəli dövlət ədliyyə müşaviri» ali xüsusi rütbələri verilib.

Bildirilib ki, Azərbaycan Prokurorluğu orqanları ötən müddət ərzində ilk növbədə Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin ediblər. Düzgün qurulmuş qarşılıqlı əlaqə kriminogen duruma effektiv nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz hədlərdə saxlamağa imkan verib.

Sonda baş prokuror Zakir Qaralov xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına "Prokurorluğun fəxri işçisi" döş nişanı, Fəxri fərmanlar və rütbə dərəcələri təqdim edib.

Mərasimin sonunda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlət başçısı İlham Əliyevə müraciət qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR