Gürcüstanın baş naziri Azərbaycan prezidentinə başsağlığı verib

Gürcüstanın baş naziri Azərbaycan prezidentinə başsağlığı verib
# 20 may 2015 21:28 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə baş nazirin Azərbaycan prezidenti İlham Əliyevə ünvanlandığı məktubunda bildirilib.

"Mən Bakıda yaşayış binalarının birində baş verən faciə haqqında böyük ağrı ilə məlumat aldım. Yanğın zamanı bir çox insanlar ağır xəsarət alıb, kiçik yaşlı uşaqlar faciə qurbanı olublar. Sizə dərin hüznlə başsağlığı verir, səmimi hisslərimi ifadə edirəm," Azərbaycan prezidentinə ünvanlanan məktubda bildirilib.

İrakli Qaribaşvili Gürcüstan hökuməti adından Azərbaycan xalqına və həlak olanların ailələrinə və yaxınlarına səmimi hisslərini bildirib: "Bakıda binaların birində baş verən yanğında çoxsaylı insanların, o cümlədən kiçik yaşlı uşaqların ölümü ilə bağlı dərin hüznlə başsağlığımı bildirilirəm. İcazə verin, Gürcüstan hökumətinin və şəxsən öz adımdan bu çətin anlarda sizinlə bir olduğumu, səmimi təəssüf hisslərimi və sizinlə həmrəy olduğumu bildirim" məktubda qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR