Hacı Allahşükür Paşazadə: “Ölkədə dinlə dövlət arasında həmrəylik olarsa, terrorizmin də qarşısı alınar”

Hacı Allahşükür Paşazadə: “Ölkədə dinlə dövlət arasında həmrəylik olarsa, terrorizmin də qarşısı alınar”
# 16 aprel 2013 07:31 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin xalqın milli mənəvi dəyərlərinə, dini irsinə ehtiramı sayəsində ölkədəki bütün dini icmaların fəaliyyəti yüksək formada dəstəklənir: “Dövlət ilə din arasında həmrəylik olarsa, bir çox təhlükələrin, o cümlədən terrorizmin və ekstremizmin də qarşısının alınmasında göstərilən səylər uğurla nəticələnər, təhlükələrin qarşısı alınar. Ölkədə din ilə dövlət arasında münasibətlərin yüksək səviyyədə olması cəmiyyətdə mənəvi sabitlik deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR