Roma Sapienza Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib

Roma Sapienza Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib
# 28 aprel 2015 08:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Roma Sapienza Universitetində “Azərbaycan multikulturalizmi” fənninin monitorinqi keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən (BBMM) APA-ya verilən məlumata görə, universitetə monitorinqin aparılması üçün BBMM tərəfindən Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev ezam olunub.

Monitorinq müddətində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu Roma Sapienza Universitetində 120 nəfərlik auditoriya qarşısında Multikulturalizm Mərkəzinin ezam erdiyi dosent İrina Kunina tərəfindən Azərbaycan haqqında film nümayiş etdirilb və daha sonra BSU-nun rektoru, professor Asif Hacıyev “Azərbaycan ədəbiyyatında multikulturalizm” mövzusunda mühazirə oxuyub.

Azərbaycan multikulturalizmi və bu istiqamətdə aparılan siyasət tələbələrin marağına səbəb olub. Sonda tələbələrin Azərbaycanda multikulturalizm ənənələri barədə olan suallarına cavab verilib.

Monitorinq zamanı professor Asif Hacıyev Roma İncəsənət Universitetinin prezidenti Alfio Mongelli və universitetin direktoru Fabio Mongelli ilə də görüşüb. Görüş zamanı hər iki universitet arasındakı gələcək əməkdaşlıqla yanaşı “Azərbaycan Multikulturalizmi” fənninin tərdrisi perspektivləri də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR