Papua-Yeni Qvineya sahillərində 5,6 bal gücündə zəlzələ olub

Papua-Yeni Qvineya sahillərində 5,6 bal gücündə zəlzələ olub
# 09 dekabr 2014 04:27 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 12:33-də (Bakı vaxtı ilə 06:33-də) qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, yeraltı təkanların episentri Panquna şəhərindən 128 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR