İki metr hündürlükdən yıxılan Göyçay sakininin qarnına bıçaq batıb

İki metr hündürlükdən yıxılan Göyçay sakininin qarnına bıçaq batıb
# 11 aprel 2015 09:27 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayon sakini bıçaq xəsarəti alıb. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şəkər kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Etibar Ehtiram oğlu yaşadığı evin həyətindəki pomidor istixanasında işləyərkən qarın nahiyəsindən xəsarət alıb. Belə ki, E. Məmmədov əlindəki bıçaqla kəsdiyi ipləri pomidorlaravə istixananın damına bağlayarkən ehtiyatsızlıq səbəbindən iki metr hündürlükdən aşağı yıxılıb və əlindəki bıçaq onun qarnına batıb. Hadisədən xəbər tutan valideynləri onu təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Mədə və mədə boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilən E. Məmmədov dərhal cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR