Jirinovski Berezovskinin öldürüldüyünü iddia edir

Jirinovski Berezovskinin öldürüldüyünü iddia edir
# 29 mart 2013 00:48 (UTC +04:00)

Bakı-APA. Rusiya Dövlət Dumasının spikerinin müavini, Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski iddia edir ki, rusiyalı iş adamı Boris Berezovskinin Londonda ölümü törədilmiş qətl nəticəsində baş verib. APA-nın xəbərinə görə, bu barədə Vladimir Jirinovski “RİA Novosti”yə müsahibəsində deyib.

RLDP lideri qeyd edib ki, parlamentarilərdən sonuncu dəfə Berezovski ilə məhz o görüşüb və söhbət əsnasında iş adamının Rusiyaya qayıtması məsələsi müzakirə olunub. Jirinovski həmçinin Boris Berezovskinin bir neçə ay əvvəl prezident Vladimir Putinə məktub yazdığını qeyd edib. Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bir müddət əvvəl Putinin Berezovskidən məktub aldığını təsdiq edib. Onun sözlərinə görə, Berezovski məktubda səhvlərini etiraf edərək bağışlanmasını və vətənə dönməsinə icazə verilməsini xahiş edib.

“Mən Berezovskinin həyatdan könüllü getməsini istisna edirəm. Heç bir intihar olmayıb. Onun Londondakı tanışları təsdiq edirlər ki, o ya İsrailə, ya da Afrikaya uçmağa hazırlaşırdı. Mənim onunla yanvarda baş tutmuş söhbətimizdən mən belə qənaətə gəldim ki, o Rusiyaya qayıtmaq üçün hər-hansı bir variant axtarırdı, bu səbəbdən də onun intihar etməsinə heç bir lüzum yox idi. Onun imkansız, pulsuz olması barədə sərsəm söhbətlər isə əsassızdır – onun çoxlu pulu var idi. Özünə o heç nədə korluq verməzdi”, deyə Jirinovski qeyd edib.

“Mən hesab edirəm ki, burada qətl göz qabağındadır və bu qətl Britaniyadakı qurumlar tərəfindən həyata keçirilib... Mənə o demişdi ki, Rusiyaya, Luqovoya qarşı ittihamları aradan götürmək üçün, o bütün lazımi tədbirləri görməyə və Litvinenkonun işini bağlamağa hazırdır (Britaniyaya qaçmış Federal Təhlükəsizlik Xidmətinin keçmiş əməkdaşının ölümü ilə bağlı iş)... Və Londonda o zaman başa düşdülər ki, o həqiqətən Rusiya qayıtmaq və bizim ölkənin əleyhinə olan bütün işləri bağlamaq niyyətindədir. Və onlar bundan qorxdular, çünki bu onlara sərfəli deyil, çünki bununla Berezovski ilə bağlı Rusiyaya qarşı olan bütün ssenarilər darmadağın olacaqdı... O isə xüsusi fiqura idi. Berezovski Rusiyaya qayıdacağı təqdirdə başqaları da onun addımına əməl edəcəkdi”, deyə Vladimir Jirinovski qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR