Bank Of Baku

“FETÖ işi” ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ilə bağlı DMX-yə sorğu veriləcək

“FETÖ işi” ilə əlaqədar Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ilə bağlı DMX-yə sorğu veriləcək
# 20 aprel 2018 08:58 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Mustafa Ceyhan Yaşar oğlunun öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğun təqdimatı üzrə məhkəmə prosesi davam etdirilib.

 

APA-nın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə ittiham tərəfinin təqsirləndirilən şəxs haqqında Dövlət Miqrasiya Xidmətinə sorğu verilməsi barədə vəsatəti müzakirə edilib.

 

Məhkəmə verilən vəsatəti təmin edib.

 

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

 

 

Qeyd edək ki, Türkiyə vətəndaşı Mustafa Ceyhan Fətullahçı Terror Təşkilatını (FETÖ) üzvü olmaqda ittiham edilərək, barəsində axtarış elan olunub. O, ötən ilin aprel ayında Gürcüstan Respublikasından Azərbaycana qanunsuz yolla keçmək istəyən zaman həbs edilib.

 

Qazax Rayon Məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikasının sərhədlərini qanunsuz yolla keçməyə cəhd etməkdə ittiham olunaraq, 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Daha sonra Türkiyə Respublikası Mustafa Ceyhanın ekstradisiya olunması ilə bağlı Azərbaycana müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR